EN

İranla sərhəddə zəlzələ - Cəlilabadda da hiss olundu

Azərbaycan-İran sərhədində zəlzələ olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar Yardımlı stansiyasından 17 km şimalda qeydə alınıb. Zəlzələ ocağı 33 kilometr dərinlikdə yerləşib.

Sakinlərdən əldə etdiyimiz məlumata görə, zəlzələ Cəlilabadda və ətraf ərazilərdə də hiss olunub. Onların sözlərinə görə, yeraltı təkanlar saat 23:23-də qeydə alınıb.

Chosen
42
5
qafqazinfo.az

10Sources