EN

"Neftçi" ilə yollarını ayıran macarıstanlı müdafiəçi sabiq klubuna geri qayıdıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Neftçi"dən ayrılan Mark Tamaşın yeni klubu müəyyənləşib.
Oxu.Az "Golazo.ro" nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu Rumıniya təmsilçisi "Sepsi"yə keçib.
Macarıstanlı müdafiəçi komandanın Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışına qoşulub.
Qeyd edək ki, "Neftçi" yanvarın 4-də Mark Tamaşla müqaviləni qarşılıq razılıq əsasında ləğv etdiyini açıqlayıb. 2023-cü ilin iyulundan "ağ-qaralar"ın şərəfini qoruyan müdafiəçi 2022/2023 mövsümündə də "Sepsi"nin uğurları üçün çalışıb. O, Bakı klubuna məhz bu komandadan keçmişdi.
Chosen
44
23
oxu.az

10Sources