EN

Azərbaycan cüdoçuları təlim-məşq toplanışına başlayır

Cüdo üzrə Azərbaycan millisi bu il ilk beynəlxalq təlim-məşq toplanışına başlayır.

İdman.biz xəbər verir ki, bu gün Mittersieldə (Avstriya) Avropa Cüdo İttifaqının (EJU) məşq düşərgəsi açılır. Toplanışda bir çox ulduzlar, o cümlədən Olimpiya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) iştirak edəcəklər. Azərbaycanın aparıcı cüdoçuları komanda yoldaşları ilə birlikdə yanvarın 15-dək Mittersilldə yeni mövsümə hazırlaşacaqlar.
Təlim-məşq toplanışında Fransa, İsveç, Belçika, Kosovo və digər ölkələrin komandaları da iştirak edəcək.

Təlim-məşq toplanışında məşqçi karyerasına başlayan yaponiyalı ikiqat olimpiya çempionu Şohey Ononun da iştirakı gözlənilir.

İdman.biz

Chosen
40
idman.biz

1Sources