EN

Venesuelanın vitse-prezidentinə sui-qəsd hazırlanıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Venesuelada həbs edilmiş Argentina jandarmı Nauel Aqustin Qalyo ölkənin vitse-prezidenti Delsi Rodrigesə qarşı sui-qəsd etməyi planlaşdırıb".
Oxu.Az-ın məlumatına görə, bu barədə Bolivar Respublikasının Prezidenti Nikolas Maduro "Venezolana de Television" kanalına müsahibəsində bildirib.
Dövlət başçısı Qalyonun Venesuelaya sevgilisi ilə görüşmək üçün gəldiyini iddia etməsini yalan adlandırıb. Maduro qeyd edib ki, argentinalının vətənində həyat yoldaşı və uşaqları var. Venesuela prezidenti Rodrigesə qarşı sui-qəsd planlaşdırıldığını bildirib.
Maduro Argentina hökumətinin "Venesueladakı sülhə qarşı sui-qəsd" planlarında iştirakını pisləyib.
Chosen
36
2
oxu.az

3Sources