“Apple”, iPhone” markalı telefonlarda yalan xəbər xəbərdarlığına səbəb olan yeni süni intellekt funksiyasını dayandırmaq əvəzinə yeniləyəcəyini açıqladı.
İndex.az xəbər verir ki, uzun müddətdir ilk dəfə səslənən şikayətlərə cavab verən şirkət bazar ertəsi verdiyi açıqlamada, alınan bildirişlərin “Apple”in süni intellekt tərəfindən hazırlanmış xülasələr olduğunu daha aydın şəkildə ifadə edəcəyini bildirdi.
Süni intellekt texnologiyasının səhv işləməsi səbəbindən “Apple”dən bu funksiyanı geri götürmək çağırışları var idi.
BBC ötən ay bu texnologiya ilə bağlı şikayət edib.
Belə ki, “Apple”, “UnitedHealthcare”nin baş direktoru Brian Thompsonu öldürməkdə günahlandırılan Luigi Mangionenin özünü güllələməsi ilə bağlı yalan məlumatı sanki BBC-nin xəbərlərində yer alan kimi vermişdi.