EN

Mərkəzi Bankın ehtiyatları AZALDI - RƏSMİ

2024-cü ildə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarında azalma qeydə alınıb.

 

Sfera.az AMB-yə istinadən xəbər verir ki, 2023-cü ilin sonunda 11 milyard 613 milyon dollar olan ehtiyatların həcmi 2024-cü ilin sonunda 10 milyard 959,5 milyon dollara enib.

 

Müqayisə göstərir ki, ötən il ehtiyatlar 653,5 milyon dollar və ya 5,62 faiz azalıb. 2024-cü ildə valyuta ehtiyatlarında azalma oktyabr ayından müşahidə edilib.

 

Son 3 ayda ehtiyatlar 836,3 milyon dollar azalıb. Sentyabrın sonunda 11 milyard 796 milyon dollar olan ehtiyatların həcmi hazırda 10,96 milyard dollardır.

 

Vasif

Sfera.az

 

Chosen
21
sfera.az

1Sources