EN

Venesuela ilə Paraqvay arasında əlaqə kəsilir - Səbəb

Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Venesuela ilə Paraqvay arasında diplomatik münasibətlər kəsilib. 

Paraqvay müxalifətin namizədi Edmund Qonsalesi Venesuelada 2024-cü il iyulun 28-də keçirilmiş prezident seçkilərinin qalibi kimi tanıdığını bəyan etdiyi üçün rəsmi Karakas bu ölkə ilə münasibətlərini kəsdiyini bildirib.

Bu barədə açıqlamanı Venesuelanın xarici işlər naziri İvan Hil verib.

Paraqvay da öz növbəsində Venesuela ilə diplomatik əlaqələrə son qoyduğunu elan edib. Paraqvay hökuməti Venesuelanın Asunsyondakı səfirindən və diplomatik missiyanın digər əməkdaşlarından 48 saat ərzində ölkəni tərk etməyi tələb edib.

Xatırladaq ki, Paraqvay Prezidenti Santyaqo Penya Qonsales ilə telefon danışığı zamanı ölkəsinin onu dəstəklədiyini və onu Venesueladakı seçkilərin qalibi kimi gördüklərini bildirib.

2024-cü il iyulun 29-da Venesuelanın Milli Seçki Şurası Nikolas Maduronun 51,2 faiz səslə üçüncü dəfə ölkə prezideni seçildiyini bəyan etmişdi.

Qonsalesin həbsinə qərar verildikdən sonra o, öz həyat yoldaşı ilə birlikdə sentyabrın 8-də, İspaniya HHQ-nin təyyarəsində Karakasdan Madridə uçmuşdu.

Hürr Tərcüman

 

Chosen
38
1
hurriyyet.az

2Sources