EN

Lukaşenko: "Yeni hökumətin rəhbərliyi altında yaşamaq istəyirəm"

Belarus prezidenti Aleksandr LukaÅŸenko deyib ki, o, hakimiyyÉ™tdÉ™n yapışmayıb, onu yeni nÉ™slÉ™ sakit ÅŸÉ™kildÉ™ ötürmÉ™k üçün lazım olan hÉ™r ÅŸeyi etmÉ™k niyyÉ™tindÉ™dir. 

HİT.az xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.

"Mən hakimiyyəti özümdə saxlamağa çalışmıram. Hər şeyi edəcəyəm ki, bu gücü sakit şəkildə yeni nəslə ötürəm", deyə dövlət başçısı vurğulayıb.

Lukaşenko əlavə edib ki, Belarusda yeni hökumətin dövründə yaşamağa ümidi edir:

"Ümid edirəm ki, yeni hökumətin rəhbərliyi altında yaşayacağam, elə siz də. Övladlarım yaşayacaq. Onların necə yaşayacağını görmək istəyirəm".

Belarusda növbəti prezident seçkiləri 2025-ci il yanvarın 26-na təyin edilib. Bu il noyabrın 7-dən dekabrın 6-dək olan müddətdə respublikada konkret siyasətçinin prezidentliyə namizədliyinin irəli sürülməsinin dəstəklənməsi üçün vətəndaşlardan imzalar toplanıb. Gələcək seçki iştirakçıları dekabrın 21-dək MSK-ya qeydiyyatdan keçmək üçün sənədləri təqdim etməli idilər.

Samir

Chosen
62
50
hit.az

10Sources