EN

ABŞ-də növbəti silahlı hücum, 1 ölü

ABŞ-nin Corciya ştatının Atlanta şəhərində Honduras konsulluğu yaxınlığında silahlı hücum olub.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Meksika Xarici İşlər Nazirliyinin sosial media hesabında açıqlama verilib.
 
Açıqlamada konsulluqda mühafizəçi işləyən Meksika vətəndaşının hadisə yerində dünyasını dəyişdiyi, bir nəfərin isə xəstəxanaya aparıldığı bildirilib.
 
Hadisənin ardınca bir şübhəlinin nəzarətə alındığı və hücumla bağlı araşdırma aparıldığı qeyd edilib.
 
Oksana 

Chosen
40
1
azxeber.com

2Sources