![Image](https://baki-xeber.com/uploads/posts/2025-01/ogru.webp)
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları daxil olan məlumatlar əsasında rayon sakini Samir Əhmədovu saxlayıblar.
Araşdırmalarla onun tanımadığı şəxslərə məxsus evlərdən televizor, telefon, 6 ədəd samovar və digər məişət əşyaları oğurlaması müəyyən olunub.
Faktlarla bağlı araşdırma aparılır.
NAMİQ