"Hakimiyyətdən yapışmıram, onu sakitcə yeni nəslə ötürmək üçün hər şeyi edəcəm".
Bizim.Media xəbər verir ki, bu fikirləri Belarus prezidenti Aleksandr Lukaşenko Milad günü kilsədə deyib.
“Yeni hökumət dövründə də yaşamaq istəyirəm. Övladlarımın necə yaşayacağını görmək istəyirəm. Uşaqlarım deyəndə təkcə öz övladlarımı deyil, bu uşaqları da nəzərdə tuturam (O, əli ilə kilsədəki uşaqları göstərir). Mənim məqsədim budur. Ona görə də böyük üstünlüyüm odur ki, hakimiyyəti zorla saxlamağa çalışmıram”, - Lukaşenko bildirib.
Bizim.Media