EN

Deputat seçicilərin probləmlərini həll etdi

 Bərdə rayonu İkinci Nazırlı kənd sakinlərinin problemi həll olunub.
 XALQ.AZ xəbər verir ki,bu barədə millət vəkili Fatma yIldırım bildirib.
Deputat qeyd edib ki, bir müddət öncə Bərdə rayonu İkinci Nazırlı kənd sakinləri kəndin elektrik transformatorunun istismar müddətini başa vurduğu üçün yararsız vəziyyətdə olması ilə bağlı mənə müraciət etdilər. Bu problemin həllini dərhal nəzarətə aldım, aidiyyəti orqanlara müraciət edərək təcili həll olunmasının vacibliyini bildirdim. Sevindirici haldır ki, bugün Bərdə rayonu İkinci Nazırlı kəndində 160 kva-lıq müasir tipli transformator quraşdırılıb.
Müraciətimizə dərhal reaksiya verərək problemin həllinə göstərilən köməkliyə görə Bərdə Rayon İcra Hakimiyyətinə və rayon Elektrik şəbəkəsinə təşəkkür edirik deyə qeyd edib.
Chosen
78
xalq.az

1Sources