EN

Metroda gediş haqqı artırılır? RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə Bakı metrosunda gediş haqlarının artırılacağı barədə xəbərlər yayılıb. İddia olunur ki, gediş haqqı 50 qəpikdən 55 qəpiyə qaldırılacaq.

Korrespondent.az bildirir ki, "Bakı Metropoliteni" QSC-dən məsələ ilə bağlı KİV-in sorğusuna cavab verilib.

Bildirilib ki, QSC-nin gediş haqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur.

"Həmçinin metro nəqliyyatında gediş haqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırmayıb", - deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, Bakı metrosunda gediş haqqı sonuncu dəfə ötən ilin iyun ayında qaldırılıb. Qərarı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası verib.

Chosen
56
5
korrespondent.az

10Sources