EN

Ərdoğan beynəlxalq ictimaiyyəti Suriyanın yenidən qurulmasında iştirak etməyə çağırıb

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq ictimaiyyətiSuriyanın yenidən qurulmasında fəal iştirak etməyə çağırıb.

Trend-inməlumatına görə, bu barədə Rəcəb Tayyib Ərdoğan Ankaradaqubernatorlarla görüşü zamanı deyib.

"Bu ölkəyə [Suriyaya] 13 il ərzində dəymiş ziyan <�…> 500milyard dolları ötüb. Suriyaya səfər edən komandalarımız yerdəkimənzərənin gözlənildiyindən qat-qat pis olduğunu bildirir. Suriyadaonun infrastrukturunu kompleks şəkildə bərpa etmək lazımdır.Beynəlxalq ictimaiyyət bu prosesə mühüm töhfə verməlidir", - deyəTürkiyə prezidenti bildirib.

R.T.Ərdoğan həmçinin ölkəsinin Suriyanın yeni hakimiyyətorqanlarına hər cür dəstəyi verməyə hazır olduğunu və onunlamehriban qonşuluq münasibətlərini inkişaf etdirmək niyyətiniaçıqlayıb.

Chosen
49
az.trend.az

1Sources