EN

Zəngəzurda vəziyyət dəyişdi: Azərbaycan İranın "hücumu"na belə CAVAB VERƏCƏK

"Zəngəzur dəhlizi" Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əsas ərazisini birləşdirmək məqsədilə planlaşdırılan tranzit yoludur. Ermənistan bu dəhlizin yaradılmasına qarşı çıxır və bölgədəki prosesləri ləngitdiyi üçün məsələ gərginlik mənbəyinə çevrilib. İran isə dəhlizin açılmasının regional təsirlərinə diqqət çəkərək, Ermənistanı dəstəkləyir.

Azərbaycan dəhlizin açılması üçün diplomatik yolları tükəndikdən sonra hərbi variantı istisna etmir. Ekspertlər Azərbaycanın hərbi əməliyyat ehtimalını dəhlizin əhəmiyyəti ilə əlaqələndirirlər. Rəsmi Bakı, "Zəngəzur dəhlizi"ni strateji əhəmiyyətli layihə olaraq görür və onun açılmasının regional nəqliyyat əlaqələrinə töhfə verəcəyini vurğulayır. 

Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Elçin Mirzəbəyli Ajans.az-a bildirib ki, Azərbaycanın “hərbi əməliyyat keçirərək” Zəngəzur dəhlizinin keçəcəyi ərazini nəzarətə keçirəcəyi ilə bağlı iddiaların İrəvanın və himayəçilərinin məqsədyönlü informasiya təxribatı olduğunu da söyləmək mümkündür:

"İran Xarici İşlər Nazırliyinin sözçüsü İsmayıl Bəqai Zəngəzur dəhlizi ilə bağlı ölkənin çoxtirajlı media resurslarından olan “Etimad” qəzetində yayılan məlumatı təkzib edib. Amma nəzərə alsaq ki, İranda heç bir media resursu, XİN sözçüsünün adından xəbər və açıqlama yaymaq, yaxud rəsmi orqanların və onların təmsilçilərinin fikirlərini təhrif etmək kimi ciddi bir yanlışlığa yol vermək imkanında deyil, o zaman Bəqanin açıqlamasının və ya onun adına yozulan açıqlamanın “Etimad” qəzetində təsadüfən yer almadığı qənaətinə gələ bilərik". 

Deputat qeyd edib ki, “Etimad” qəzeti 2010-cu ilədək, guya müxalifətyönlü qəzet kimi fəaliyyət göstərsə də, 2010-cu ildə qəzetin bağlanması və daha sonra “məhkəmənin qərarı” ilə fəaliyyətinə icazə verilməsindən sonra, “yönünü” dəyişib: 

"Yəni “Etimad” qəzeti 2010-cu ildən sonra, şərti olaraq, “mühafizəkarlar” adlanan dini-siyasi qruplaşmanın resurslarından biri kimi fəaliyyət göstərir. Bu baxımdan, İsmail Bəqaiyə istinadən İran nümayəndə heyətinin Türkiyəyə yola düşəcəyi, həmçinin Zəngəzur dəhlizi ilə bağlı məsələnin “siyasi deyil, texniki xarakter daşıdığı” barədə yayılan məlumatlar, onun adından İranın dini lderinə yaxın qruplar tərəfindən mətbuata sızdırıla bilər. Yəni ola bilsin ki, belə bir səfər barədə razılıq əldə olunub və məlumat Bəqaninin adından səfərə mane olmaq üçün “mühafizəkarlar”ın düşərgəsindən “Etimad” qəzetinə ötürülüb". 

Elçin MirzəbəyliElçin Mirzəbəyli əlavə edib ki, bununla yanaşı, “açıqlama” ictimai rəyi, o cümlədən “Ermənistanın reaksiyası”nı yoxlamaq üçün informasiya manipulyasiyası kimi də yayımlana bilər: 

"Azərbaycanın “hərbi əməliyyat keçirərək” Zəngəzur dəhlizinin keçəcəyi ərazini nəzarətə keçirəcəyi ilə bağlı iddiaların da eyni mənbə ilə yanaşı, İrəvanın və himayəçilərinin məqsədyönlü informasiya təxribatı olduğunu da söyləmək mümkündür. Bunun üçün Nikol Paşinyanın yeni illə bağlı açıqlamalarında yer alan iki məqama toxunmaq, düşünürəm ki, yetərlidir. 

Bunlardan birincisi, “Avropa İttifaqı missiyası” adlanan, Qərbin yarımhərbi “müşahidəçi”lərinin, yalnız demarkasiya olunmayan ərazilərdə fəaliyyət göstərəcəyinin mümkünlüyü, digəri isə guya “Ermənistanın 200 kv km ərazisinin Azərbaycanın nəzarəti altında olduğu ilə bağlı iddialardır. Ermənistan bu qəbildən olan iddiaları müxtəlif mənbələr vasitəsilə körükləməklə, Qərbdən, xüsusilə də Fransadan daha çox hərbi yardım almaq niyyəti güdə bilər."

Chosen
9
Ajans.az

1Sources