EN

Tramp Panama kanalı və Qrenlandiya üçün əsgərlərdən istifadə edə biləcəyinə eyham vurub

Tramp Panama kanalı və Qrenlandiya üçün əsgərlərdən istifadə edə biləcəyinə eyham vurub

ABŞ-ın seçilmiş prezidenti Donald Tramp lazım gələrsə Panama kanalı və Qrenlandiyaya nəzarət etmək üçün əsgərlərdən istifadə edə biləcəyini eyham vuraraq "Bu ikisi ilə bağlı sizə zəmanət verə bilmərəm. Ola bilər ki, nəsə etməyimiz lazım oldu. İqtisadi təhlükəsizliyimiz üçün onlara ehtiyacımız var” deyib.ABŞ-ın yeni seçilmiş prezidenti Tramp Floridadakı Mar-a-Laqo şəhərciyində keçirdiyi mətbuat konfransında son vaxtlar müzakirələrə səbəb olan Panama kanalı ilə bağlı fikirlərini bir daha gündəmə gətirib.Panama kanalı və Qrenlandiyaya nəzarət etmək üçün əsgərlərdən istifadə etməyəcəyinə dair öhdəlik götürüb-verməyəcəyi sualına Tramp, "Xeyr, bu ikisi ilə bağlı əsgərlərdən istifadə etməyəcəyimə sizə zəmanət verə bilmərəm. Bəlkə də nəsə etməli ola bilərik. Onlar bizim iqtisadi təhlükəsizliyimiz üçün lazımdır”. -deyə cavab verib.Panama kanalının ABŞ ordusu üçün tikildiyini, lakin bu kanalın bu gün Çin tərəfindən idarə edildiyini bildirən Tramp "Panama kanalı ölkəmiz üçün həyati əhəmiyyət kəsb edir. Panama kanalını Panamaya verdik, amma bu gün kanalı Çin idarə edir. Biz kanalı Çinə vermədik" vurğulayıb.

Chosen
33
1
afn.az

5Sources