Aktauda təyyarə qəzası nəticəsində xəsarət alan iki Qırğızıstan vətəndaşı xəstəxanadan evə buraxılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat verib.
Qeyd olunub ki, təyyarə qəzasında zərərçəkənlərdən biri nevrotravma şöbəsində müalicəsini davam etdirir, vəziyyəti stabildir.
Xatırladaq ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər həyatını itirib.