EN

NGIC COP29-dan çıxan mühim təşəbbüslərin icrasına dəstək olmaq üçün bir sıra beynəlxalq forumlar təşkil edəcək (Müsahibə)

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGIC) BMT-nin "GələcəyinPaktı" və COP29-dan çıxan digər mühim təşəbbüslərin icrasına dəstəkolmaq üçün bir sıra beynəlxalq forumlar, işçi qrupları və layihələrtəşkil edəcək.

Bu barədə Trend-əmüsahibəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Strategiya vəDayanıqlı İnkişaf üzrə Baş Mütəxəssisi Rza Əliyev deyib.

Onun sözlərinə görə, COP29 yalnız Azərbaycan və NGIC üçün deyil,həm də davamlı gələcək qurmaq və iqlim dəyişikliyinə qarşı mübarizəaparmaqda dünya üçün mühim bir mərhələ oldu: “2023-cü ildəBirləşmiş Ərəb Əmirliklərində keçirilən COP28 və 2025 ildəBraziliyada keçiriləcək COP30 ilə müqayisədə – hansı ki, hər ikitədbirin təşkilatçıları 2-3 il hazırlıq üçün vaxt əldə etmişdilər –Azərbaycan çox az müddət ərzində, cəmi bir neçə ayda bu tədbirihazırladı. 2024-cü ilin martında keçirilən XI Qlobal BakıForumundan dərhal sonra Mərkəz COP29 Prezidentliyi ilə erkəntərəfdaşlıq quraraq, tədbirin uğurla keçirilməsinə dəstək verməküçün tam prosesə qoşuldu. İl ərzində Nazir Muxtar Babayev və COP29Prezidentliyi ilə birlikdə COP29 Beynəlxalq Məsləhət Şurasınıformalaşdırmağa dəstək etdi, eləcə də BMT-nin yüksək vəzifəlinümayəndələri və iqlim aktivistləri ilə onlarla görüşlər təşkiledərək, COP29 hazırlıqları haqqında məlumatlandırdı və qlobalmüzakirələrə töhfə verdi”.

R.Əliyev əlavə edib ki, NGIC həmçinin iqlim mövzusunda bir sıramühim beynəlxalq tədbirlərdə iştirak etdi, o cümlədən Bonndanışıqları, London İqlim Həftəsi və hər il Nyu-Yorkda BMT BaşAssambleyası vaxtı keçirilən Mərkəzin illik Yüksək SəviyyəliGörüşündə COP29 mərkəzi mövzu kimi müzakirə edildi.

“COP29 zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin iştirakıyüksək səviyyədə qiymətləndirildi. Biz 16-dan çox yüksək səviyyəlipanel təşkil etdik və üzvlərimiz 20-dən çox digər panelmüzakirələrində fəal iştirak etdilər. Bundan əlavə, Bangladeşinölkə başçısı və Nobel Laureatı Professor Məhəmməd Yunus, Dr. TedrosAdhanom Ghebreyesus (ÜST), Rebeca Grynspan (UNCTAD), Doreen BogdanMartin (ITU) və Achim Steiner (UNDP) kimi beynəlxalq liderlərləişgüzar nahar və axşam yeməyi müzakirələri keçirdik. Tədbirçərçivəsində Mərkəz 25 ölkədən və 8 BMT agentliyindən olan 80-dənçox qonağa ev sahibliyi etməklə qlobal əməkdaşlıq ruhunu daha dagücləndirdi”, - deyə NGIC baş mütəxəssisi bildirib.

R.Əliyevin sözlərinə görə, COP29 zamanı NGIC BMT və onunlaəlaqəli qurumlar, həmçinin nüfuzlu beynəlxalq təşkilatlarlastrateji tərəfdaşlıqları dərinləşdirdi: “Bizim tərəfdaşlarımızarasında Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Telekommunikasiyaİttifaqı, UNDP, UN Women, UNAIDS və digər BMT agentlikləri iləyanaşı, Ban Ki-Moon Qlobal Vətəndaşlar Mərkəzi, CGİAR, Vital VoicesGlobal Partnyorluqu, Bill və Melinda Gates Fondu və Klinton QlobalTəşəbbüsü kimi qurumlar yer alıb. Bu əməkdaşlıqlar iqlimdəyişikliyi ilə mübarizədə daha təsirli layihələrin həyatakeçirilməsi üçün möhkəm zəmin yaratdı. Lakin bizim üçün ənəhəmiyyətli nailiyyət, Prezident İlham Əliyevin və COP29Prezidentliyinin bizim mərkəzin üzvü, Kuala Lumpur şəhərinin meriMaymuna Mohd Şərifi Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitininaçılışında çıxış üçün dəvət etmələri oldu. Bununla yanaşı, bəzidövlət xadimlərimiz – Səhiyyə naziri, Rəqəmsal İnkişaf və Nəqliyyatnaziri, Kənd Təsərrüfatı naziri və Ailə, Qadın və Uşaq Məsələləriüzrə Parlament Komitəsinin sədri – bizim panellərimizə qatıldılarvə müzakirələrə töhfə verdilər. Bu nailiyyətlər, iqlimdəyişikliyinə qarşı mübarizədə müxtəlif sektorları və səviyyələribir araya gətirmək üçün NGIC-in nə qədər vacib bir platformaolduğunu göstərir”.

O qeyd edib ki, COP29-un çox vacib bir missiyası var idi –COP28-də əldə olunan uğurların ardıcıllığını təmin etmək, bir ilərzində nə qədər iş görüldüyünü dünyaya göstərmək və ən əsası – özirsini yaradaraq iqlim danışıqlarını irəli aparmaq.

“COP29 böyük bir xəbər ilə başladı – Karbon danışıqları və Maddə6 çərçivəsində əldə olunan uğurlar. Və iki həftə ərzində iqlimmaliyyələşdirilməsi (NCQG) və Zərər və Ziyan Fondu üzrə tarixinailiyyətlər əldə edildi. Mərkəz və onun üzvləri bu müzakirələrdəfəal iştirak edərək öz ölkələrindəki auditoriya və nümayəndələrəməlumat çatdıraraq, COP29-un ev sahibin mesajını gücləndirmək vəkonsensus əldə olunmasına dəstək durmaq üçün kommunikasiya kanalırolunu oynadılar. Mərkəzin-in COP29 cərçivəsində təşkil etdiyimüzakirələr konkret həll yollarına yönəlmişdi və multidissiplinaryanaşma ilə iqlim problemlərinə yenilikçi həllər təklif etdi.Panellərimizdə iqlim və sağlamlıq, rəqəmsal yaşıl keçid, qadınliderliyinin rolu kimi mövzular müzakirə olundu. Bu müzakirələrbeynəlxalq əməkdaşlığı gücləndirərək iqlim dəyişikliyi iləmübarizədə təsirli mexanizmlərin yaradılmasına təkan verdi.COP29-un tarixi nailiyyətini əldə etdikdən sonra, bizim işimiz onunicra mərhələsinə dəstək olmaq və Bakıdan Beləmə gedən yoludüşünməkdir”, - R.Əliyev bildirib.

O əlavə edib ki, COP29-dan dərhal sonra Mərkəz və onun üzvləriPortuqaliyaya yola düşərək BMT-nin Sivilizasiyalar AlyansıForumunda iştirak etdilər, daha sonra isə Madriddə Imperial SpringsForumuna ev sahibliyi edərək, orada COP29-un əsas nəticələrinimüzakirə etdik.

“Bu ilin yanvar ayında keçiriləcək Cenevrə KonfransımızdaCOP29-un icrası xüsusi diqqət mərkəzində olacaq və əlbəttə ki, martayında Bakıda keçiriləcək XII Qlobal Bakı Forumunda COP29 ən vacibmövzulardan biri olacaq. Bununla yanaşı, bu il bir çox mühim iqlimkonfranslarında iştirak etməyi və COP30-da fəal iştirak etməyiplanlaşdırırıq. Uzunmüddətli planlarımız, COP29 nəticələrininhəyata keçirilməsinə dəstək olmaq və qlobal əməkdaşlığı daha dagücləndirmək üçün müxtəlif tərəfdaşlarla birgə layihələrininkişafını əhatə edir. Beynəlxalq Məsləhət Şurasında təmsil olunanüzvlərimiz iqlim dəyişikliklərinə dair müzakirələrinstrukturlaşdırılmasına və dayanıqlı inkişaf məqsədlərinin təşviqinəəhəmiyyətli töhfə verdilər. Onlar iqlim və sağlamlıq, sosial ədalətvə enerji keçidinə dair tövsiyələr irəli sürdülər. Bu işlər qlobalqərar qəbul edənlər üçün əhəmiyyətli yol xəritəsi rolunu oynadı”, -NGIC baş mütəxəssisi qeyd edib.

Onun sözlərinə görə, Mərkəz COP29 nəticələrinin icrasına diqqətayıracaq və COP30-a hazırlıq üçün yeni təşəbbüslər həyatakeçirəcək: “Biz BMT-nin "Gələcəyin Paktı" və COP29-dan çıxan digərmühim təşəbbüslərin icrasına dəstək olmaq üçün bir sıra beynəlxalqforumlar, işçi qrupları və layihələr təşkil edəcəyik. BMTagentlikləri və beynəlxalq təşkilatlarla mövcud tərəfdaşlıqlarımızıdərinləşdirərək iqlim dəyişikliyinə qarşı mübarizədə daha çox təsiryaratmaq niyyətindəyik”.

Chosen
30
az.trend.az

1Sources