EN

ABŞ Meksika körfəzinin adını dəyişir

Konqresmen Marjorie Teylor Qrin bildirib ki, o, yanvarın 9-da Meksika körfəzinin adını Amerika körfəzi adlandırmaq üçün qanun layihəsi təqdim edə bilər...

Poliqon xəbər verir ki, bu barədə Amerikanın CBS telekanalı məlumat yayıb.

"Trampın müttəfiqi, Corciyadan olan Respublikaçı Marjorie Teylor Qrin cümə axşamı səhər bu məsələ ilə bağlı qanun layihəsi təqdim edəcəyini söylədi", deyə telekanal bildirib.

CBS telekanalı konqresmenə istinadən qeyd edir ki, ABŞ ordusu ərazini xarici ölkələrdən gələn istənilən hərbi təhlükədən qoruyur. Bu baxımdan Qrin inanır: "Bu, bizim körfəzimizdir. Onun qanuni adı Amerika körfəzidir".

Yanvarın 7-də Tramp Meksika körfəzinin adını Amerika körfəzi adlandırmaq niyyətində olduğunu açıqlayıb. Onun sözlərinə görə, bu qərar onun administrasiyasının siyasətinin yeni hissəsinə çevriləcək. Tramp yeni adın geniş ərazini əhatə etdiyini vurğulayıb. Qərarın nə vaxt veriləcəyi dəqiq məlum deyil.

Poliqon.info

Chosen
12
poliqon.info

1Sources