EN

Qızların təhsildə uğursuzluğu - SƏBƏB

Covid-19 pandemiyası təhsildə gender bərabərsizliyini dərinləşdirib və amerikalı qızların akademik göstəricilərinə oğlanlardan daha çox təsir edib.

News24.az xəbər verir ki, hər iki cins öyrənmə itkisi yaşasa da, qızların geriləmələri oğlanlara nisbətən daha çox olub.

Qızların xüsusilə riyaziyyat, oxu və təbiət elmləri üzrə ballarının aşağı düşməsi diqqət çəkib. Pandemiyadan əvvəl bu sahələrdə oğlanları qabaqlayan və ya onlarla bərabər səviyyədə olan qızlar bu mövqelərdəki üstünlüklərini dəyişiblər.

Arkanzas Universitetinin son araşdırmasına görə, bu tendensiya təkcə ABŞ-la məhdudlaşmır. Oxşar nəticələr hətta dünyanın 70 müxtəlif ölkəsində demoqrafik fərqlər aradan qaldırıldıqda da görülüb.

Mütəxəssislər bu fərqin səbəblərini tam izah edə bilməsələr də, bəzi imkanları nəzərdən keçirirlər:

- Ola bilsin ki, oğlan tələbələr problem yaratmağa meylli olduqları üçün müəllimlərin diqqətini daha çox çəkiblər.

- Qız tələbələr pandemiya zamanı evdə daha çox qayğı və məsuliyyət götürərək dərslərinə fokuslanmaqda çətinlik çəkiblər.

Tədqiqatın həmmüəllifi Harry Patrinos, "Bu, təkcə qızlara deyil, həm də uzunmüddətli perspektivdə kolleclərə qəbula və istedad fonduna təsir edəcək" deyərək narahatlığını ifadə edib.

Günel Məlikzadə



Chosen
44
news24.az

1Sources