EN

"Ərdoğan dostumdur, ona hörmətim var"

Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, ABŞ-dakı son prezident seçkilərinin qalibi Donald Tramp Türkiyə Prezidenti R.T.Ərdoğana heyranlığını bildirib, onu özünün dostu və hörmət etdiyi insan adlandırıb.

Tramp deyib: "Prezident Ərdoğan — mənim dostumdur, hörmət etdiyim insandır. Məncə, o da mənə hörmət edir".

Tramp Suriyadakı hadisələr fonunda bu ölkədəki hərbçilərin çıxarılması fonunda Türkiyənin əhəmiyyətini qeyd edib. 

Tramp Floridadakı Mar-a-Laqodakı iqamətgahındakı mətbuat konfransı zamanı xarici siyasət məsələlərinə toxunub, əvvəlki prezidentliyi dövründə müharibələrdən uzaq durduğunu xatırladıb. Tramp qeyd edib  ki, onun ilk prezidentliyi dövründə ABŞ Suriyadakı İŞİD təşkilatına qalib gəlib və ABŞ hərbçilərinin böyük bir qismini bu ölkədən çıxarıb. Tramp Ankaranın bu məsələlərdəki rolunun əhəmiyyətini bir daha vurğulayıb.

Suriyadakı 2000 nəfərə yaxın amerikalı hərbçinin oradan çıxarılıb-çıxarılmayacağı ilə bağlı sualın cavabında Tramp deyib: "Mən sizə bu barədə danışmağa hazırlaşmıram, çünki, bu, hərbi strategiyamızın bir hissəsidir. Lakin deyə bilərəm ki, bu vəziyyət Türkiyə ilə əlaqədardır".

Hürr Tərcüman

 

Chosen
18
hurriyyet.az

1Sources