EN

Trampın hakimiyyətə gəlməsi Ukraynaya beynəlxalq yardıma təsir etməyəcək - Pentaqon

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasının gəlişi Qərb ölkələri qrupunun Ukraynaya silah tədarükünün koordinasiyası üzrə işinə təsir etməyəcək.

Herbiand.az bildirir ki, bu barədə Pentaqonun yüksək rütbəli sözçüsü keçirdiyi brifinqdə bildirib.

“Növbəti administrasiyanın [beynəlxalq donor qrupu daxilində] rolu ilə bağlı nə qərar verəcəyini deyə bilmərəm, lakin mən Avropanın öhdəliyinə, imkanlarına, təcrübəsinə və missiyaya böyük inamına inanıram”, - Pentaqonun sözçüsü deyib.

O əmin olduğunu bildirib ki, Qərb ölkələrinin Ukraynanın hərbi potensialını gücləndirmək üzrə işi “bu və ya digər formada davam edəcək”.

Qeyd edək ki, yanvarın 9-da Almaniyanın Ramşteyn aviabazasında Ukraynaya silah tədarükünü əlaqələndirmək üçün Qərb ölkələri qrupunun 25-ci iclası keçiriləcək. Burada ABŞ-ın müdafiə naziri Lloyd Ostin də iştirak edəcək.

Bəxtiyar CƏFƏRLİ

Chosen
17
1
herbiand.az

2Sources