EN

Azərbaycana məxsus 3 gəmi heyəti ilə birgə Afrikada girov götürülüb  - Rəsmi açıqlamalar yayıldı (YENİLƏNİB)

Azərbaycan üç gəmi və heyətinin girov götürülməsi ilə bağlı Eritreyaya nota verib.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

"Azərbaycan Xarici İşlər Nazirliyi Eritreyada girov götürülən gəmi ilə bağlı məsələni nəzarətə götürüb, heyətin sərbəst buraxılmasına çalışır"

Mia.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat katibi Ayxan Hacızadə deyib.

Azərbaycana məxsus 3 gəminin heyəti ilə birlikdə Afrikada, Eritreya sahillərində girov götürülməsi ilə bağlı Eritreya Dövlətinin dəniz nəqliyyatı sahəsi üzrə səlahiyyətli qurumuna, habelə BDT-yə, Eritreyanın BDT-dəki daimi nümayəndəliyinə və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə rəsmi məktubla müvafiq məlumatlar təqdim edilib.

Mia.az-
ın məlumatlına görə, bu barədə "APA-Economics"ə Dövlət Dəniz və Liman Agentliyinin mətbuat katibi Pərvanə İmanova bildirib.

Qeyd edib ki, 2024-cü ilin 7 noyabr tarixində"Caspian Marine Services B.V." şrikətinin Azərbaycandakı filialı tərəfindən sözügedən şirkətə məxsus 3 gəminin Eritreya dövlətinin səlahiyyətli qurumları tərəfindən saxlanılması barədə DDLA -nə məlumat daxil olub: "Dərhal Agentlik tərəfindən Xarici İşlər Nazirliyinə işçi qaydada məlumat verilib".

Qeyd edək ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC (ASCO) məlumat yayaraq Afrika qitəsində saxlanılan gəmilərin ASCO-ya aid olmadığını bildirib.

Məlumat üçün deyək ki, girov saxlanılan 3 gəmi Azərbaycan bayrağı altında üzür.

MİA.AZ

Chosen
37
14
mia.az

10Sources