EN

Fransa XİN: Suriyalıların humanitar yardım almasına mane olan sanksiyalar ləğv oluna bilər

Fransa və digər Aİ ölkələri Suriyaya qarşı əhalinin humanitar yardım almasına mane olan sanksiyaları tez bir zamanda ləğv edə bilər.

"Operativ Media" xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro məlumat verib.

"Humanitar yardıma çıxışa və ölkənin bərpasına mane olan sanksiyalar tez bir zamanda aradan qaldırıla bilər” - deyə Barro bildirib.

O, əlavə edib ki, heç kim Suriyanın keçmiş prezidenti Bəşər Əsədə, onun ailəsinə və administrasiya üzvlərinə qarşı sanksiyaları ləğv etmək fikrində deyil.

 

 

Chosen
51
operativmedia.az

1Sources