Mövzu ilə bağlı sosioloq Lalə Mehralı Demokrat.az-a açıqlama verib.
Sosioloq bu cür iddiaları həm doğru, həm də yanlış hesab edir:
“Bəzən iddia edirlər ki, sosial şəbəkələr ev dağıdır, seriallar ailə dağılmasına səbəb olur. Bu cür iddialar həm doğru, həm də yanlışdır. Bəzən sosial şəbəkələrdə mental dəyərləri pozan, ənənələrin ziddinə gedən durumlar var, bu danılmazdır. Bəzən də bu, insanların qəbul etmə mexanizmi ilə əlaqədar vəziyyətdir. Məsələn iki nəfər serial izləyir. Onlar serialdan hərəsi öz əxlaqına, düşüncə tərzinə görə mesaj alacaq. Bu insanın ziyalılığına, zəkasına, təhsil səviyyəsinə, milli dəyərlərə əhəmiyyət verməsi ilə əlaqəlidir. Eləcə də “Tiktok”un ailə dağıtmağı, əxlaq pozma məsələsi də bunu ifadə edir”.
Sosioloq onu da vurğulayıb ki, “Tiktok”dan əvvəl də o şərait var idi:
“Sadəcə gün üzünə çıxmaq üçün münbit vəziyyət yox idi. “Tiktok”un bu qədər texnoloji baxımdan əlverişli imkanlar təqdim etməsi onlar üçün fürsət yaratdı. Məhdud platformada məhdud imkanlarla cəmiyyət arasına çıxmaqla daha geniş imkanlara sahib olan platformada “at oynatmaq” eyni deyil. Zənn etmirəm ki, “Tiktok” bağlansa cəmiyyət düzələcək. “Tiktok” olmasa da yerinə başqa biri gələcək. Vasitələr dəyişsə də məzmun yenə orada qalacaq. Cəmiyyətin baxış bucağını dəyişmək lazımdır. İnsanların mədəni zövq səviyyəsini artırmaq lazımdır. Heç bir zövqü olmayan, kitab oxumayan, ciddi filmlər izləməyən sözün həqiqi mənasında mədəni olmayan insanlar üçün o cür mənzərələrə baxmaq çox normaldır. Çünki onlar indiyə qədər bir kitab oxuyub ciddi sənət əsəri hesab olunan bir nümunə gətirə bilməzlər. Amma hər hansı tiktokerin ailəsində nə baş verdiyini əzbər bilirlər.Çünki öz səviyyəsinə uyğun olan məlumatları öz beyinlərinə depolayır. Odur ki, “Tiktok” bağlanarsa bu vəziyyətin düzələcəyini zənn etmirəm”.
Leyla
Demokrat.az
10Sources
-
manset.azMəşhur tarzən yeni duet ortağından danışdı - "Bu səsi hamı tanımalıdır" ( 15045423)
-
referans.azAzərbaycanda hamı bu dəvətnamədən danışır - FOTO ( 15045353)
-
manset.az"Bu səsi hamı tanımalıdır" - VİDEO ( 15045249)
-
referans.azŞOK: Bakıda fotoqraf qaynananı gəlinlə foto çəkdirməyə çağırdı, GÖRÜN NƏ OLDU– VİDEO ( 15045201)
-
referans.azBakıda fotoqraf qaynananı gəlinlə foto çəkdirməyə çağırdı, çaş-baş qaldı - VİDEO ( 15037685)
-
oxu24.comUşaqlarda boy qısalığının səbəbi bu imiş ( 15027073)
-
rekord.azHamı stadiona! ( 14970729)
-
sherg.az10 ildir saçlarını qoparıb köklərini yeyir - FOTO ( 14964151)
-
milli.az76 yaşlı nənə hamilə qaldı - FOTO ( 14947377)
-
milli.azYerin yaxınlığından kometa keçdi - qadının illər əvvəl ölən əri "dirilib" evinə gəldi - ŞOK OLAY - FOTO ( 14904311)