News24.az 9 yanvar üçün proqnozları təqdim edir:
Qoç - Sakit, işlərinizi bitirmək və iş danışıqları aparmaq üçün gözəl bir gündür. Heç hara tələsmək lazım deyil, düşdüyünüz vəziyyətlə bağlı bir xeyli fikirləşin. Planlarınızı özünüz qurun. Siz çox yaxşı məsləhətlər verirsiz. Ətrafdakılar bunu görürlər və sizə nəinki kiçik problemlərin, hətta böyük problemlərin həlli üçün də müraciət edirlər.
Buğa - Həyati potensialınız böyükdür. Yaxşısı budur ki, bu gün nəyəsə çox böyük əmək sərf etməyəsiz. Bu, xroniki xəstəliklərə gətirib çıxara bilər. Ancaq xoş insanların əhatəsində keçirəcəyiniz bir istirahət sizə həm fiziki, həm də ruhi nöqteyi-nəzərdən çox xeyrli olacaq.
Əkizlər - Çoxlu mübahisələr və isti diskussiyalar olacaq. Amma onlar ciddi bir konfliktlə nəticələnməyəcək. Bir fikrə gəlsəniz, hər kəs bundan razı qalar. Məhz buna görə bəzi suallar hələ də cavabsız olaraq qalacaq.
XƏRÇƏNG – Nahara qədər emosional sabitliyinizi qorumağa çalışın. Dəyərsiz şeylər barədə düşünüb enerjinizi azaltmayın. İndi sizə etibarlı dostlar və pul lazımdır ki, buna da dediklərimiz sayəsində çata bilərsiniz.
ŞİR – Düşünməyin ki, qarşınızda duran vəzifələri yerinə yetirmək mümkünsüzdür. Əslində daxili tənbəlliyinizi bir kənara atmaqla, məsləhətlərdən yararlanmaqla hər şeyə nail ola bilərsiniz.
QIZ – Qarşınızda nə qədər planlarınız varsa, hamısını günün ikinci yarısına saxlayın. Çünki məhz deyilən ərəfədə uğur məqamlarınız başlayacaq. O vaxta qədərsə ənənəvi fəaliyyətlə məşğul olun.
TƏRƏZİ – Qarşınızda maraqlı bir təqvim durub. İstər qarşılıqlı münasibətlərdə, istərsə də fəaliyyət müstəvisində sizi qane edən proseslərlə rastlaşacaqsınız. Səfərlər planınızı isə bugünlük təxirə salın.
ƏQRƏB – Kosmik fon bürcünüzə əsrarəngiz bir gün yaşadacaq. Hər kəslə mülayim və ədalət çərçivəsində davranın ki, rəğbət qazanasınız. Səfərə çıxmaq uğurlu olsa da, axşam saatlarında diqqətli olun.
OXATAN - Təəssüf ki, bu təqvim bürcünüz üçün hansısa uğur vəd etmir. Bu səbəbdən də əsas diqqətinizi səhhət və mənzillə bağlı problemlərin həllinə yönəltməlisiniz. Qeybət və yalandan uzaq olun.
OĞLAQ - Saat 13-ə qədər vaxtınızı qalmaqalsız başa vura bilsəniz, sonrakı müddətdə hər hansı probleminiz olmayacaq. Şəxsi büdcənizi artırmaq üçün münbit şəraitdən bəhrələnin.
Dolça - Maliyyə məsələlərində çətinliyiniz olsa da, qarşılıqlı münasibətlər zəminində işləriniz qaydasında gedəcək. Ailə-sevgi münasibətləri isə daha romantik müstəviyə keçəcək.
BALIQLAR - Ulduzlar yeni və sevindirici hadisələrin iştirakçısına çevriləcəyinizdən xəbər verir. Bu siyahıya işgüzar əlaqələr və tanışlıqlar da aiddir. Amma riskdən uzaq olmalısınız.
Ağa Dadaşzadə