EN

Birinin yalan danışdığını necə bilək?

Birinin yalan danışdığını necə müəyyən edəcəyinizi düşünürsünüzsə, diqqət etməli olduğunuz bəzi nüanslar var. 

“Cebheinfo.az” xəbər verir ki, bədən dili üzrə mütəxəssis, “Science of People” internet saytının yaradıcısı və müəllifi Vanessa Van Edvards yalançıların aşkarlanması ilə bağlı “Steven Bartlettin” podkastında bəzi vacib məqamları bölüşüb.

O, yalanın aşkarlanması ilə bağlı bunları deyib:

“Əksər insanlar yalanı yalnız 54 % dəqiqliklə aşkar edə bilirlər. 

Yəni yalanları aşkar etmək qabiliyyətimizə çox da arxayın olmamalıyıq. Bir insana şübhə ilə yaxınlaşmaq vacibdir, çünki yalanı aşkar etmək həqiqətən çətindir".

Van Edvards yalanı aşkar etmək üçün bəzi “statistik ipuçları”nın olduğunu bildirib. 

Edvards araşdırmaların yalançıların adətən etdikləri, lakin hər zaman etmədikləri davranışların olduğunu göstərdiyini söyləyib və əlavə edib:

"Pinokkionun burnu kimi qəti bir əlamət yoxdur".

Vanessa Van Edvardsa görə, yalançının aşkarlanmasında ilk diqqət yetirilməli olduğumuz məqam insanın danışarkən qəfil yüksələn intonasiyasıdır. Səs tonunu yüksəltməklə, insan əslində sual verməsə də, sual verdiyi təəssüratı yaradır. 

Ekspert bu vəziyyəti belə izah edib: 

“Əgər kimsə əslində sual vermədiyi halda birdən sual verirmiş kimi intonasiya işlədirsə, bu, çox şübhəli bir vəziyyətdir”.

Chosen
34
cebheinfo.az

1Sources