Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, bu səfər ən qısa bir vaxtda reallaşa bilər.
Nəşrin məlumatına görə, səfər yaxın günlərdə baş tutmalı idi, lakin proqramdakı dəyişikliklərlə əlaqədar təxirə salındı.
Səfər zamanı Əl-Şaraanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir.
“Yeni Şafak” xatırladır ki, Suriyada müxalifətin hakimiyyətə gəlməsindən sonra Dəməşqə səfər edən ilk xarici nümayəndə Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalın olub. Onun ardınca Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriya paytaxtına səfər edib.
Qeyd edək ki, 2024-cü il noyabrın sonunda silahlı müxalifət qrupları Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar Dəməşqə daxil olublar. Daha sonra Bəşər Əsəd Suriya prezidenti vəzifəsindən istefa verib və ölkəni tərk edib.
10Sources
-
Ajans.azSuriyanın yeni prezidenti elan edildi ( 15127019)
-
banker.azSuriyanın yeni prezidenti elan edildi ( 15126889)
-
apa.azƏhməd əl-Şaraa Suriyanın Prezidenti elan edilib ( 15126681)
-
ucnoqta.azÖlkəni 60 ildən çox idarə edən "Baas" Partiyası buraxıldı - YENİ QƏRARLAR ( 15126539)
-
poliqon.infoSuriyanın yeni lideri ABŞ-la münasibətləri yaxşılaşdırmaq istəyir ( 14925329)
-
az.trend.azBeynəlxalq Cinayət Məhkəməsi Suriyanın yeni hökuməti ilə birlikdə Bəşər Əsədin cinayətlərini araşdıracaq ( 14884477)
-
apa.azBƏƏ Prezidenti və Suriya lideri ikitərəfli münasibətləri müzakirə ediblər ( 14872449)
-
az.trend.azBƏƏ prezidenti və Suriyanın yeni administrasiyasının rəhbəri ikitərəfli əlaqələri müzakirə ediblər ( 14872409)
-
busaat.azSuriya lideri Türkiyəyə səfər edəcək-Hürriyet ( 14804745)
-
demokrat.azSuriyanın yeni lideri ilk xarici səfərini Türkiyəyə edəcək ( 14658189)