EN

Almatıdan Antalyaya uçan təyyarə Aktauda təcili eniş edib

“Air Astana” aviaşirkətinin Almatıdan Antalyaya uçan təyyarəsi nasazlıq səbəbindən Aktauda təcili eniş edib.

Missiya.Az xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.

"Yanvarın 8-də Almatı-Antalya marşrutu üzrə KC915 reysini yerinə yetirən “Airbus A321” tipli təyyarə yerli vaxtla saat 8:35-də hava limanından havaya qalxıb. Təyyarə texniki səbəbdən Aktau hava limanına ştat rejimində eniş edib. Buna səbəb əsas çənin yanacaq sisteminin qoruyucu klapanının nasazlığı olub", - məlumatda bildirilib.

Məlumata görə, Almatıdan ehtiyat hissəsinin gətirilməsinin zəruriliyi ilə əlaqədar reys yanvarın 9-u saat 9:20-yə təyin edilib.

Chosen
10
11
missiya.az

10Sources