EN

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

Bakı. Trend:

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəngedib.

Trend xəbərverir ki, telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasındaikitərəfli münasibətlər, regional və qlobal məsələlər ətrafındafikir mübadiləsi aparılıb.

Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında əməkdaşlığın bütünsahələrdə “Bir millət, iki dövlət” prinsipi əsasında inkişafedəcəyini vurğulayıb. Türkiyə Prezidenti ölkəsinin Cənubi Qafqazregionunda davamlı sülhün əldə edilməsinə tam dəstək göstərdiyinideyərək, hər zaman Azərbaycanın yanında olmağa davam edəcəyinibildirib.

Prezident İlham Əliyev də öz növbəsində Azərbaycan-Türkiyəqardaşlıq, dostluq və strateji mütəffiqlik münasibətlərinin “Birmillət, iki dövlət” prinsipi ilə inkişaf etdiyini deyib,ölkələrimizin hər zaman bir-birinin yanında olduqlarınıvurğulayıb.

Telefon söhbəti zamanı 2025-ci ildə iki qardaş ölkə arasındaəməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsiaparılıb. Həmçinin dövlət başçıları təmasların davam etdirilməsiməsələsini qeyd ediblər.

Chosen
25
49
az.trend.az

10Sources