EN

Sursat anbarında dəhşətli partlayış: 13 əsgər itkin düşdü

Çərşənbə axşamı səhər Kubanın şərqindəki Olqin əyalətində sursat anbarında baş verən partlayışlar və ardınca yanğın nəticəsində azı 13 əsgər itkin düşüb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Kuba İnqilabçı Silahlı Qüvvələr Nazirliyi məlumat yayıb.

"Olqin əyalətinin Rafael Freire bələdiyyəsinin Melones şəhərindəki silah-sursat anbarında baş vermiş partlayışlar nəticəsində aşağıdakı yoldaşlar itkin düşmüş hesab olunur", - nazirliyin “X”-də dərc olunmuş bəyanatında 13 nəfərin adı çəkilir.

Bundan əvvəl İnqilabçı Silahlı Qüvvələr Nazirliyi məlumat vermişdi ki, anbarda baş verən partlayışlar nəticəsində böyük ərazini əhatə edən yanğın baş verib, 360-dan çox insan ərazidən təxliyə edilib. Hadisənin səbəbləri hələlik dəqiqləşdirilməyib.


Chosen
13
13
news24.az

10Sources