Gəncə Dövlət Filarmoniyasının binasında çatlar yaranıb. AzPost bildirir ki, bununla bağlı sosial şəbəkələrdə görüntürlər yayılıb.
Kadrlarda divarda yaranan çatlar aydın görünür. Pəncərəyə ehtiyatlı olmaq barədə xəbərdarlıq yazısı da vurulub.
Qeyd edək ki, bu mədəniyyət ocağının təməli Prezident İlham Əliyev tərəfindən 2012-ci ildə qoyulub və inşaat işləri 2017-ci ilin noyabrında başa çatdırılıb.
Altımərtəbəli binada inzibati, məşq, qrim, rejissor və istirahət otaqları, bufet var. Burada, eyni zamanda, 1200 nəfərlik konsert və 300 yerlik iclas zalları, 10 loja və 1 VİP loja da tamaşaçıların ixtiyarına verilib.
Ərazidə açıq havada yay konsert meydançası, baxış qülləsi, 500 avtomobil yerlik yeraltı dayanacaq və ümumi sahəsi 2 min kvadratmetr olan iki korpusdan ibarət ikimərtəbəli qalereya mövcuddur.