Azərbaycan millisinin voleybolçuları Yelizaveta Ruban və Olena Xarçenkonun çıxış etdiyi “Alba” klubu CEV kubokunun 1/4 finalına yüksəlməyə yaxındır.
İdman.biz xəbər verir ki, Rumıniya təmsilçisi pley-off mərhələsinin ilk oyununda səfərdə İspaniyanın "Avarka De Menorka" klubuna 3:0 hesabı ilə qalib gəlib.
Ruban 18 xal toplayaraq oyunun ən məhsuldar voleybolçusu olub.
Cavab görüşü yanvarın 21-də keçiriləcək.
İdman.biz