EN

Xalq Bank yenilənmiş Fərdi bankçılıq ofisini istifadəyə verdi

Fins.az - 27 dekabr tarixində 20 illik yubileyini qeyd edən Xalq Bank, müştərilərinə daha yüksək keyfiyyət və fərdi yanaşmaya əsaslanan xidmət təcrübəsi təqdim etmək məqsədilə yenilənmiş Fərdi bankçılıq ofisinin açılışını həyata keçirtdi. Bu, Bankın yüksək müştəri məmnuniyyətini təmin etmək istiqamətində atdığı növbəti mühüm addımdır.

“MüştÉ™rilÉ™rimizin rahatlığı vÉ™ yüksÉ™k sÉ™viyyÉ™li bank xidmÉ™tlÉ™rindÉ™n yararlanması bizim üçün hÉ™r zaman prioritetdir. Bu ofis, premium xidmÉ™t standartları ilÉ™ müştÉ™ri ehtiyaclarına xüsusi diqqÉ™t yetirÉ™rÉ™k onların rahatlığı vÉ™ peÅŸÉ™kar xidmÉ™tlÉ™ tÉ™min edilmÉ™lÉ™rini ön planda tutur. MÉ™qsÉ™dimiz fÉ™rdi yanaÅŸma vÉ™ müasir xidmÉ™tlÉ™rlÉ™ müştÉ™rilÉ™rimizin gözlÉ™ntilÉ™rini qarşılamaq, onlara eksklüziv bank xidmÉ™tlÉ™ri tÉ™qdim etmÉ™kdir.” - Xalq Bankın Ä°darÉ™ HeyÉ™tinin sÉ™dri, BaÅŸ icraçı direktor Kamran MÉ™cidov bildirib.

Ofisin konsepsiyasında rahatlıq və eksklüzivliyin bir araya gətirilməsinə maksimum diqqət yetirilmişdir. Burada müştərilərin rahatlığı üçün zövqlə dizayn edilmiş və müasir texnologiyalarla təchiz olunmuş xüsusi xidmət otaqları və zallar mövcuddur. Ofis bank xidmətlərinin təqdim edilməsi, özəl bank meneceri ilə işgüzar müzakirələr aparmaq üçün lazımi şəraitlə təmin edilib.

Fərdi bankçılıq ofisində müştərilərin ehtiyaclarına uyğunlaşdırılmış maliyyə həlləri və peşəkar məsləhətlər, əmanət, plastik kart, kredit və digər məhsullar, hesablaşma-kassa əməliyyatları, valyuta mübadiləsi kimi əməliyyatlar da daxil olmaqla bütün növ fərdi bank xidmətləri təklif olunur.

Fərdi bankçılıq ofisi Bankın Bakı şəhəri, İnşaatçılar prospekti 22L ünvanında yerləşən Baş ofis inzibati binasında həftə içi 5 gün saat 9:00-dan 18:00-dək xidmət göstərəcək.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, //www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Chosen
12
15
fins.az

10Sources