EN

“Ermənistana kənardan təlimatlar verməklə onu Azərbaycanla hərbi münaqişəyə sövq etməyə çalışırlar”- ŞƏRH

“Ermənistanın hazırda davranışları qərb siyasi dairələrindən, yeni himayədarlarından aldığı təlimatlarla bağlıdır. Ermənistanın himayədarlarına Cənubi Qafqazda sülh prosesinin uğur qazanması qəti şəkildə maraqlı deyil. Onları əksinə regionda yeni savaş yaranma imkanları daha çox maraqlandırır. Ona görə də Ermənistana silah-sursat ötürür və Azərbaycanla yeni silahlı münaqişənin yaranması üçün münbit şərait yaratmağa çalışırlar. Əsas məqsəd də ondan ibarətdir ki, Cənubi Qafqazda yeni müharibə situasiyası yaratmağa nail olsunlar. Onun sayəsində də vasitəçilik missiyasını ələ keçirtmək imkanları yaransın”.

Bunu Editor.az-a açıqlamasında siyasi analitik Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, qərb dairələri Azərbaycanla Ermənistan arasında yeni müharibənin baş verməsi ilə iki ölkə arasında vasitəçilik hüququ qazanmağa can atırlar:

“Bunu bəhanə edərək belə bir missiyanı ələ keçirtmək niyyəti güdürlər. Azərbaycanla Ermənistan arasında vasitəçilik missiyasının ələ keçirilməsi həmin dövlətlərə Cənubi Qafqazda yerləşmək, geopolitik proseslərdə iştirak etmək üçün mexanizmlər əldə etmək niyyəti güdürlər. Çünki iki ölkə arasındakı vasitəçilik Cənubi Qafqazda təsir mexanizmi rolunu oynaya bilər. Hazırda bunun uğrunda mübarizə gedir. Ermənistana kənardan təlimatlar verməklə Azərbaycanla qısamüddətli də olsa hərbi münaqişəyə sövq etməyə çalışırlar. Ermənistan da ABŞ, Avropa Birliyi və Fransanın geopolitik müstəmləkəsi olduğundan Qərbdən gələn bütün təlimatları dərhal və qeyri-şərtsiz icra edir. Son vaxtlar Ermənistanın sərhəd istiqamətində atəşkəsi pozmasının arxasında ABŞ və Qərbin geopolitik maraqları dayanır”.

//Gülnarə Abasova, Editor.az

Chosen
33
editor.az

1Sources