EN

İslandiyaya gedən bloger ölkə haqqında BUNLARI DEDİ

Məşhur rusiyalı bloger İlya Varlamov İslandiyaya səfər edib və ölkənin bir xüsusiyyətini açıqlayıb.

Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, Varlamov bildirib ki, İslandiyada dördgünlük iş həftəsi rəsmən təsdiqlənib və işçilərin maaşları əvvəlki kimi qalıb.

Bloger deyib ki, İslandiya 2020-ci ildən 2022-ci ilə qədər dörd günlük iş rejimi ilə bağlı bir təcrübə keçirib. Nəticədə işçilər az yorulur və daha məhsuldar.

Eyni zamanda, Varlamov dördgünlük iş həftəsinə keçidin biznesin bir çox sahələrinə fayda vermədiyi qənaətindədir. “Bunun demoqrafik göstəricilərə təsir edib-etməyəcəyini öyrənmək xüsusilə maraqlıdır; nəticə çıxarmaq üçün elm adamlarından hələ də kifayət qədər məlumat yoxdur, ona görə də yenilikləri gözləyəcəyik” deyə bloger yekunlaşdırıb.

Chosen
23
medianews.az

1Sources