ABB Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-nin yaratdığı SİMA yeni nəsil rəqəmsal imzanın genişmiqyaslı rəqəmsal xidmətlər üzrə tətbiqinə başlayıb.
Artıq fərdi sahibkarlar və hüquqi şəxslər ABB-nin “İnternet Bankçılıq” (cb.abb-bank.az) xidmətində yeni müştəri kimi “SİMA İmza” ilə qeydiyyatdan keçə bilərlər. Portala daxil olduqdan sonra aşağıdakı biznes proseslərini banka getmədən, tam rəqəmsal şəkildə həyata keçirmək mümkündür:
- Bank hesablarının açılması;
- Pul köçürmələri və konvertasiya əməliyyatları;
- Hökumət ödənişləri;
- ANİPay ödənişləri;
- Kredit ərizələrinin imzalanması;
- ATM və POS terminal əməliyyatları;
- AKB və Asan Finance razılıq ərizələrinin təsdiqi;
- Qeyri-bank xidmətlərindən istifadə
Qeyri-bank xidmətləri dedikdə vergi xidmətləri (bəyannamələrin verilməsi) və gömrük fəaliyyəti üzrə əməliyyatlar nəzərdə tutulur.