EN

Belçika baş nazirinə zəhərli məktublar göndərilib

Naməlum şəxs Belçika baş nazirinin ofisinə tərkibində zəhərli toz olan məktublar göndərib. Bu barədə Politico saytı məlumat yayıb.

Nəşrin məlumatına görə, məktublar ofisə noyabrın 22-də gəlib. Lakin Belçika prokurorluğu bu barədə yalnız yanvarda, ekspertlər zərflərdə nəyin olmasını müəyyən edəndən sonra mətbuata məlumat verib: "Məktublarda kənd təsərrüfatında pestisid kimi istifadə olunan zəhərli toz olan striknin var olub".

Jurnalistlər qeyd ediblər ki, toksik məktublarla təmasda olan baş nazirin ofisinin əməkdaşı xəstəxanaya yerləşdirilib.

Tural

Chosen
28
news365.az

1Sources