Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Bizim dövlətimizin, ümumiyyətlə belə bir iddiası yoxdur. Sadəcə olaraq, qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmaq hüququndan danışılır və düşünürəm ki, Ararat Mirzoyan da, Nikol Paşinyan da bu məsələdə Azərbaycan prezidentinin çağırışlarını qulaqardına vura bilməzlər. Çünki Azərbaycan məsələnin dinc, sülh yolu ilə həll edilməsinə tərəfdardır. Yəni biz heç kimi nəyəsə məcbur etmək istəmirik. Sadəcə, 21-ci yüz ildə bu cür məsələlərin danışılaraq həll edilməsinin yolunu göstəririk. Azərbaycan prezidenti müsahibəsində nə dedi? O qeyd etdi ki, Qərbi Azərbaycan icmasını Nikol Paşinyan - Ermənistanın baş naziri qəbul etməli, onlarla danışıq aparmalıdır. Yəni burada pis bir şey yoxdur ki, biz torpaq iddiası da irəli sürmədik. Yəni Nikol Paşinyan Ermənistanın baş naziri olaraq Qərbi Azərbaycan icması nümayəndələrini qəbul edə, onlarla danışa, fikir mübadiləsi apara bilər. Əlbəttə ki, biz demirik ki, mütləq hər şey biz dediyimiz kimidir. Sadəcə olaraq, müzakirə üçün bir yol açılmalıdır. Orada ola bilər ki, daha ağıllı, daha ağlabatan fikirlər təklif etsinlər. O cümlədən də, xarici işlər naziri Mirzoyanın çıxışı, mətbuata verdiyi açıqlamalar yerinə düşmür. Yəni onlar mənə elə gəlir ki, Azərbaycan prezidentinin fikirlərini daha ağıllı bir şəkildə dəyərləndirib, iki xalqın yaxınlaşmasına yardımçı ola bilərdilər. Amma yenə də görürük ki, Ermənistan tərəfi Ararat Mirzəyanın da şəxsində, eləcə Nikol Paşinyanın özünün də şəxsində ayrı-seçkiliyə daha çox meyillənir. Yəni bu xalqların qarşıdurmasına daha maraqlı olduqlarını göstərirlər".