"Qarabağ”ın futbolçusu Olavio Juninyonu transfer etmək istəyən “Flamenqo”nun hücumçuya təklif etdiyi maaş bəlli olub.
Fanat.Az xəbər verir ki, informasiyanı “Flamengomelhor” yayıb.
Məlumata görə, A Seriyası təmsilçisi 28 yaşlı hücumçu ilə aylıq 700000 Braziliya realı (təxminən 206000 manat) qarşılığında şifahi razılıq əldə edib.
“Flamenqo”nun Ağdam təmsilçisinə 4 milyon avro təklif etdiyi və hazırda tərəflərin danışıq apardıqları vurğulanıb.
Qeyd edək ki, Juninyo 2023-cü ildən “Qarabağ”ın uğurları üçün çalışır. O, Misli Premyer Liqasının və Azərbaycan Kubokunun qalibi olub.