Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:
"1992-ci ildə qəbul edilmiş Maastrixt kriteriyalarına baxdıqda Ermənistan konstitusiyasındakı hakimiyyət iddiaları Avropa İttifaqının üzvlüyünə əngəldir. Lakin Cənubi Kipr məsələsində bunu görməzdən gəlmişdi. Türkiyə və Şimali Kipr Türk Respublikası üzərindəki ərazi iddialarına rəğmən Aİ Cənubi Kipri üzv olaraq qəbul etmişdi. Aİ çox uzun bir prosedurdur, çünki bundan əvvəl qardaş Türkiyə, Gürcüstan, Ukrayna, Moldova da bu prosesə daxil olub, ancaq uzun illərdir nəticə əldə edə bilmirlər. Ermənistanın da nəticə əldə etməsi uzun olacaq, hətta nəticəsiz qalması ehtimalı çox yüksəkdir".
Zeynəb Rzayeva
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31