EN

Trampın Qrenlandiyanı niyə ələ keçirmək istədiyi bəlli oldu...-  “Reuters”

Yazını böyüt
Yazını kiçilt
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ölkənin təsirini genişləndirmək və tarixi irs yaratmaq məqsədilə Qrenlandiyanı almaq istəyir.
 
Hafta.az “TSN”ə istinadla xəbər verir ki, bu barədə "Reuters" agentliyi Trampın planları ilə tanış olan üç anonim mənbəyə dayanaraq məlumat yayıb.
 
Mənbələrdən biri bildirib ki, Tramp hərbi güc tətbiq etməyi planlaşdırmır, lakin Danimarkaya diplomatik və ya iqtisadi təzyiq etməyi düşünür.
 
Məqalədə deyilir: "Əsl miras ABŞ-ni genişləndirməkdir. Biz sözün həqiqi mənasında 70 il ərzində portfelə bir dənə də olsun əmlak əlavə etməmişik. Bu, mövzu barədə çox şey deyir".
 
Qeyd edilir ki, Birləşmiş Ştatların tərkibinə daxil olan son ərazilər 1959-cu ildə Alyaska və Havay adaları olub. 
 
Başqa bir mənbə Trampın xarici siyasət prioritetləri arasında “Qrenlandiyanı satın almaq” olduğunu bildirib.
 
Prezidentin keçmiş və indiki tərəfdaşları təsdiq edir ki, onun ərazi genişlənməsinə marağı “güclü miras” qoyub getmək istəyi ilə bağlıdır.
 
Xatırladılır ki, bir müddət öncə Pentaqon Qrenlandiyanı güc yolu ilə ələ keçirmək barədə “heç bir plandan xəbəri olmadığını” bəyan edib.
Chosen
16
hafta.az

1Sources