EN

Qazaxıstan nə üçün yekun qərarı elan etmir? – “Görünən odur ki...”

“Ötən həftənin 6-cı günündən etibarən vurulan təyyarənin qara qutularının məlumatları Braziliya tərəfindən deşifrə edilib və Qazaxıstana təhvil verilib. Bu o deməkdir ki, Komissiyanın əlində təyyarənin uçuş – texniki məlumatları, təyyarənin vurulması anı, onda baş verən qəfil dəyişikliklərlə bağlı məlumatlar və pilot-dispetçer yazışmaları, həmçinin pilot-pilot danışıqları var”.

“AzPolitika” xəbər verir ki, bu barədə multmedia sahəsi üzrə tanınmış ekspert Osman Gündüz bildirib.

Onun sözlərinə görə, Qazaxıstanın hökumət komissiyası öncədən bildirib ki, Azərbaycan tərəfi onlarla aktiv əməkdaşlıq edir.

“Deməli məntiqlə toplanan bütün əlavə sübutlar və şahid ifadələri də Komissiyaya təhvil verilib”, - o, əlavə edib

O.Gündüz hesab edir ki, Komissiya qısa müddətlə əlavə sübutları və deşifrə olunmuş məlumatları uzlaşdıra, analiz edə bilərdi və yekun rəyə gələ bilərdi: “Əlavə təhqiqatlara ehtiyac yoxdursa onda bu iş bitməliydi və yekun qərar elan edilməliydi. Komissiya əlavə təhqiqata ehtiyacla bağlı heç bir açıqlama verməyib. Yuxarıda qeyd olunanlar vurulan təyyarə ilə bağlı bütün baş verənlər haqqında, qəzanın dəqiq səbəbi haqqında qısa zamanda yekun qərar verməyə imkan verir. Artıq Komissiya tam dəqiq bilir ki, Qroznı üzərində nə baş verib və təyyarə nə üçün Aktauya istiqamət götürüb. Amma hələ də Qazaxıstan tərəfi qərarı elan etməyib. Beləliklə, görünən odur ki, proses ləngiyir. Gərəsən bu bilərəkdənmi edilir? Qazaxıstana Rusiya tərəfindən təzyiqlər varmı?”

Ekspert hesab edir ki, əgər təyyarəmizin Rusiya HHQ tərəfindən qurulması təsdiqlənibsə, bunun siyasi və ictimai gərginliyə səbəb olacağını düşünərək, Qazaxıstan yekun qərarı verməkdə ehtiyatlı mövqe tuta bilər.

“Ədalətli qərardansa daha çox Rusiya və Azərbaycan arasında balanslaşdırmağa çalışa bilərlər. Odur ki, indiki anda hökumət, media və ictimaiyyət bu məsələni daha çox diqqətdə saxlamalıdır. Düşünürəm ki , indi Azərbaycan hökuməti prosesin şəffafğılı ilə bağlı, prosesin addım-addım izlənilməsilə bağlı məsələ qaldırmalıdır. Hökumətin prosesin gedişi ilə bağlı ictimaiyyətə açıqlamalar verməsi doğru olardı. Mediamızın Qazaxıstan hökumət komisssiyasına sorğular verməsi də faydalı olardı”, - Osman Gündüz yekunlaşdırıb.

“AzPolitika.info”

Chosen
22
azpolitika.info

1Sources