Donald Tramp Çinin Panama kanalını idarə etməsinə icazə verməyəcəyini bildirib.
ABŞ-nin seçilmiş prezidentinin narazılığına səbəb Amerika gəmilərinin tranzitinə qoyulan yüksək tariflər olub. Lakin Panama kanalın idarə olunmasında Çinin iştirakını rədd edib.
Aznews.az xəbər verir ki , hakimiyyət yüksək rüsumlar vasitəsilə ABŞ gəmilərinə qarşı ayrı-seçkiliyi də inkar edir .
Bundan əvvəl Donald Tramp artıq Panama kanalını ABŞ-nin nəzarətinə qaytarmaq niyyətində olub. Siyasətçi vurğulayıb ki, su yolu başqa ölkələrin xeyrinə güzəşt kimi deyil, əməkdaşlıq jesti kimi ölkəyə verilib.