EN

"Azərreyl" məğlub olub, "Abşeron"dan qələbə

Bu gün qadın voleybolçular arasında Yüksək Liqada V turun oyunları keçirilib.

Apasport.az xəbər verir ki, 2025-ci ilin ilk matçı GİN-in Voleybol Mərkəzində baş tutub.

“Murov Az Terminal” çempionatın lideri, ardıcıl 4 qələbə qazanan “Abşeron”la qarşılaşıb. Görüş Abşeron voleybolçularının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Eyni hesab “Azərreyl” - “Gəncə” görüşündə qeydə alınıb. "Dəmiryolçular"ın məğlubiyyəti çoxları üçün gözlənilməz olub.

Liqanın autsayderi UNEC də növbəti matçına çıxıb. “Tələbələr” “Milli Aviasiya Akademiyası” ilə görüşdə quru hesabla uduzublar.

Yüksək Liqa (qadınlar)

V tur

9 yanvar

16:00. “Murov Az Terminal” - “Abşeron” - 0:3 (13:25, 15:25, 21:25)

GİN-in Voleybol Mərkəzi

17:00. UNEC - “Milli Aviasiya Akademiyası” - 0:3 (10:25, 5:25, 7:25)

UNEC VK-nın idman zalı

18:00. “Azərreyl” - “Gəncə” - 0:3 (22:25, 22:25, 17:25)

GİN-in Voleybol Mərkəzi

AVF rəsmisi beynəlxalq matça təyinat alıb

Azərbaycan çempionatında ilin ilk oyunları start götürəcək

Azərbaycanlı hakim avrokubok matçında

Millimizin üzvü oynadı, komandası qələbə qazandı

Azərbaycanlı hakim ÇL matçında

Chosen
18
1
apasport.az

3Sources