EN

Rusiyadan Ermənistana xəbərdarlıq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə münasibətlər məhdudlaşdırılarsa, Ermənistanda enerji və ərzaq məhsulları bahalaşacaq, üstəlik, Ermənistan mallarının ixracı 70-80% azalacaq".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın "Avropa İttifaqına qoşulma prosesinin başlanması haqqında" qanun layihəsini şərh edərkən deyib.
"Ermənistanda Aİİ ilə münasibətlər məhdudlaşdırılarsa, bir tərəfdən enerji və ərzaq qiymətləri artacaq, digər tərəfdən isə Ermənistan mallarının ixracı 70-80% azalacaq. Sakinlər gəlirlərini, iş yerlərini itirəcəklər və bunun müqabilində çox güman ki, vizasız rejim alacaqlar, Ermənistan isə əhalisini itirəcək", - Overçuk qeyd edib.
Chosen
19
oxu.az

1Sources