"Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğan karyerasını Türkiyəyə davam etdirə bilər.
90deqiqe.Az "ESPN"ə istinadən xəbər verir ki, "Qalatasaray" alman yarımmüdafiəçini heyətinə qatmaq istəyir.
"Mançester Siti"nin 34 yaşlı futbolçunu bu qışda göndərmək istəmədiyi üçün İstanbul təmsilçisi onu yayda transfer etməyi nəzərdən keçirir.
Gündoğan bu mövsüm "şəhərlilər"in heyətində 18 oyuna çıxıb, 1 məhsuldar ötürmə edib.