Keçən il, yəni 2024-cü il 1850-ci ildən bəri qeydə alınan ən isti il oldu...
Poliqon xəbər verir ki, bu barədə TASS Avropanın Uzaqdan Zondlama və Xəritəçəkmə Xidməti Kopernik məlumatlarına istinadən məlumat yayıb.
Yer kürəsində orta qlobal temperatur ilk dəfə sənayedən əvvəlki səviyyələri 1,5°C keçib. Qış (dekabr-fevral), yaz (mart-may) və yay (iyun-avqust) keçən il rekord dərəcədə isti olub.
Ötən il iyulun 22-də qlobal orta gündəlik temperatur üzrə yeni rekorda - 17,16°C-yə çatıb. Alimlərin proqnozlarına görə, cari il ən isti il olmayacaq, lakin bütün müşahidələr zamanı rekordçuların ilk üçlüyünə daxil olacaq.
Poliqon.info