Süni intellektin hazırda insanların yerinə yetirdiyi vəzifələrə müdaxiləsi nəticəsində qlobal banklar yaxın 3-5 il ərzində 200.000-ə qədər iş yerini ixtisar edəcək...
Poliqon bu barədə Bloomberg nəşrinə istinadən xəbər verir.
Cümə axşamı açıqlanan hesabata görə, orta hesabla işçi qüvvəsinin 3%-ni ixtisar ediləcək.
93 respondentin təxminən dörddə biri isə ümumi işçi qüvvəsinin 5%-dən 10%-ə qədər daha kəskin ixtisarların olacağını proqnozlaşdırır.
Poliqon.info