EN

İlin ən yaxşıları mükafatlandırıldı - Fotolar

Gənclər və İdman Nazirliyi ilin idman yekunları ilə bağlı yanvarın 9-da qala mərasimi təşkil edib.

Ajans.az xəbər verir ki, tədbirə idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri qatılıblar.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva da mərasimdə iştirak ediblər.

Qala mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Gənclər və idman naziri Fərid Qayıbov 2024-cü ilin Azərbaycan idmanı üçün uğurlu keçdiyini qeyd edib və bu münasibətlə federasiya rəhbərlərini, idmançıları, məşqçiləri, idman ictimaiyyətini təbrik edib. Nazir Prezident İlham Əliyevin ötən ilin idman yekunları ilə bağlı olan tədbirdə idman ictimaiyyətinin bir sıra nümayəndələrini mükafatlandırdığını diqqətə çatdırıb. O, bu addımın idmançılara stimul verdiyini bildirib. F.Qayıbov 2025-ci ilin idmanımız üçün daha da uğurlu olacağına inandığını bildirib.

Daha sonra 2024-cü ilin idman yekunları barədə hesabat videoçarxı təqdim edilib. Ardınca federasiyalar, idman jurnalistləri arasında və sosial mediada aparılmış sorğu əsasında müəyyənləşmiş müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılması mərasimi olub.

Mərasimdə ilin ən yaxşı media qurumları da açıqlanıb. Birinci yerə “CBC Sport” layiq görülüb. İkinci isə Azərbaycan Dövlət İnformasiya Agentliyi olub. AZƏRTAC-a mükafatı Azərbaycan Respublikası Prezidentinin köməkçisi və Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim edib. Üçüncü sıranı isə İdman.biz tutub.










Chosen
27
Ajans.az

1Sources